İcbari Həyat Sığortası
11 may 2010-cu il tarixli “İstehsalatda bədbəxt
hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi
hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən
aşağıdakı şəxslər icbari sığorta müqaviləsi bağlamaq vəzifəsi daşıyırlar:
- Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi
     formasından asılı olmayaraq, Azərbaycan Respublikasının və ya xarici dövlətin
     qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə,
     idarə və təşkilatlar, onların filial və nümayəndəlikləri;
- dövlət orqanları;
- hüquqi şəxs yaratmadan
     sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər;
- seçkili orqanlar;
- fərdi qaydada sahibkarlıq və əmək
     fəaliyyəti ilə məşğul olan fiziki şəxslər
Qanuna əsasən
sığorta hadisəsi aşağıdakılar əsasında müəyyən olunur:
- istehsalatda bədbəxt hadisə
     haqqında müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən
     edilmiş formada tərtib olunmuş akt, yaxud xeyrinə icbari sığorta müqaviləsi
     bağlanılmalı şəxslə bağlı istehsalatda bədbəxt hadisənin baş verməsi barədə
     məhkəmə qərarı;
- müvafiq icra hakimiyyəti
     orqanının istehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində
     sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsini təsdiq edən
     qərarı və ya şəxsin ölümü haqqında şəhadətnamə.
İcbari
sığorta müqaviləsi yalnız həyat sığortası sahəsi üzrə sığorta fəaliyyətinin həyata
keçirilməsinə hüquq verən lisenziyaya və İcbari Sığorta Bürosunun
iştirakçısı olmaqla istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində
peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növü üzrə fəaliyyətin
həyata keçirilməsinə maliyyə bazarlarına nəzarət orqanının verdiyi
icazəyə malik olan sığortaçı tərəfindən bağlanıla bilər.
İcbari sığorta müqaviləsi elektron sənəd formasında “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunda nəzərdə tutulmuş informasiya sistemi vasitəsilə bağlanılır.
 
                                     *8778
                *8778
             
                         
                         
                                                    

