*8778

SİZİN ÜÇÜN FAYDALI

Vakansiyalar

Vəzifə Elanın tarixi İş təcrübəsi Əmək haqqı
Fərdi müştərilərlə iş şöbəsi | Satış üzrə Mütəxəssis 08 January 2026

İş barədə məlumat

Namizədə olan tələblər:
• Təhsil: Ali.
• Müştərilərlə rahat ünsiyyət qurmaq və inandırmaq bacarığı.
• İş təcrübəsi: Sığorta sektorunda biznesin inkişafı və satış sahəsində təcrübə arzuolunandır.
• Dil bilikləri: Azərbaycan dili (əla), rus və ingilis dili biliyi arzuolunandır.
• MS Office proqramlarında sərbəst şəkildə işləmə bacarığı.
• Yüksək səviyyədə yazılı və şifahi kommunikasiya bacarıqları.

Əsas vəzifə öhdəlikləri:
• Potensial müştərilərin axtarışını həyata keçirmək və onlarla görüşlər təşkil etmək.
• Müştəri məmnuniyyətinin təmin edilməsi və uzunmüddətli əməkdaşlıqların qurulması.
• Müştərilərin tələblərini nəzərə alaraq, uyğun sığorta məhsullarını təklif etmək, sığorta şərtləri və təminatı haqqında müştərinin dəqiq məlumat almasında onlara köməklik göstərmək.
• Satış planının yerinə yetirilməsi və hesabatların təqdim olunması.

Əmək şəraitinin şərtləri:
• Azərbaycan Respublikasının Əmək məcəlləsinə əsasən sənədləşmə.
• Əmək haqqı: Namizədin təcrübə və səriştəsinə uyğun olaraq müəyyən olunur.
• İş vaxtı: 09:00-dan 18:00-dək olmaqla 5 günlük iş həftəsi. (Cümə günü 17:00-dək).
• Əsas məzuniyyət hüququ: 30 gün. Əlavə məzuniyyət hüququ. Qanunvericiliyə görə işçiyə düşən digər hüquq və imtiyazlarına uyğun verilir.

İmtiyazlar:
• Karyera və peşəkar inkişaf üçün imkanlar.
• Peşəkar komandada işləmək imkanı.
• Tibbi sığorta təminatı.
• Sığorta sahəsində qabaqcıl təcrübə qazanmaq imkanı.

Müraciət qaydası:
Zəhmət olmasa, mövzu bölməsində “Mütəxəssis” qeyd etməklə CV-nizi [email protected] e-mail ünvanına göndərin.
Vakansiya tələblərinə uyğun gələn namizədlər müsahibəyə dəvət olunacaqdır.

Your browser doesn't have Flash, Silverlight or HTML5 support.
Sığorta və Təkrarsığorta şöbəsi Əməliyyat bölməsinin Əməliyyatçısı 03 December 2025

İş barədə məlumat

Namizədə olan tələblər:
• Təhsil: Ali təhsil.
• Dil bilikləri:Azərbaycan dili (əla), rus və ingilis dili arzuolunandır.
• Microsoft Office proqramları ilə mükəmməl səviyyədə işləmə bacarığı.
• Stressə davamlılıq, operativlik, inkişafa meyillilik.
• Şəxsi keyfiyyətlər və bacarıqlar: Yazılı və şifahi kommunikasiya, komandada işləmək bacarığı, intizamlılıq, dəqiqlik, məsuliyyət.

Əsas vəzifə öhdəlikləri:
• Daxil olan müraciətlərə əsasən sığorta şəhadətnamələrini hazırlamaq;
• Sığorta şəhadətnamələrini proqram təminatına daxil etmək;
• Sığorta şəhadətnaməsinin hazırlanması üçün müştəri barəsində lazımi məlumat və sənədləri əldə etmək;
• Bütün müştərilər tərəfindən ərizə-anket formasının doldurulmasını təmin etmək;
• Sığorta qaydaları və sığorta şəhadətnaməsinin şərtləri ilə bağlı müştərini məlumatlandırmaq;
• Bağlanmış sığorta şəhadətnamələrini müştərilərdən təhvil almaq, qeydiyyatını aparmaq və arxivləşdirmək.

Əmək şəraitinin şərtləri:
• İş vaxtı: 5 günlük iş həftəsi saat 09:00-dan 18:00-dək, cümə günü saat 17:00-dək.
• Əsas məzuniyyət hüququ: 30 gün. Əlavə məzuniyyət hüququ: Qanunvericiliyə görə işçiyə düşən digər hüquq və imtiyazlara uyğun verilir.
• Tibbi sığorta təminatı.

Zəhmət olmasa, “mövzu” bölməsində “Əməliyyatçı” qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin. Vakansiya tələblərinə uyğun gələn namizədlər müsahibəyə dəvət alacaq.

Your browser doesn't have Flash, Silverlight or HTML5 support.

Online Xidmətlərimizə
Xoş Gəlmisiniz!

ELEKTRON SIĞORTA MÜQAVİLƏSİ

(hüquqi şəxslər VÖEN, digərləri FİN kodu daxil edin)