*8778

SİZİN ÜÇÜN FAYDALI

/ Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib!
10 June 2026

Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib!

Müştərilərə təqdim olunan xidmət keyfiyyətinin daha da yüksəldilməsi, həmçinin yeni sığorta agentlərinin hazırlanması və onların peşəkar bacarıqlarının inkişaf etdirilməsi məqsədilə “Meqa Sığorta” şirkətinin Sumqayıt filialı yenilənərək fəaliyyətini genişləndirib. Filial bundan sonra həm də “Meqa Həyat Sığorta” şirkətinin regional nümayəndəliyi kimi fəaliyyət göstərəcək.

Müasir standartlara uyğun şəkildə yenidən qurulan filial həyat və qeyri-həyat sığortası üzrə fərdi və korporativ müştərilərə geniş çeşiddə xidmətlər təqdim edəcək. Filialda həmçinin sığorta hadisələrinin qəbulu və tənzimlənməsi həyata keçiriləcək ki, bu da müştərilərin sığorta ödənişləri ilə bağlı müraciətlərinə operativ və effektiv baxılmasına imkan verəcək. Bununla yanaşı, sığorta sahəsində karyera qurmaq istəyən şəxslər üçün təlim proqramlarının təşkili, onların peşəkar bilik və bacarıqlarının artırılması, eləcə də ixtisaslı sığorta agentləri kimi formalaşdırılması istiqamətində fəaliyyət göstərəcək.

Yenilənmiş filial sığorta məhsullarının əlçatanlığının artırılması, müştərilərə yüksək səviyyəli xidmət göstərilməsi və təlim proseslərinin səmərəli təşkili üçün zəruri texniki və infrastruktur imkanları ilə tam təmin olunub.

Qeyd edək ki, Meqa Sığorta və Meqa Həyat şirkətlərinin Sumqayıt filialı Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 81E ünvanında fəaliyyət göstərəcək.

Online Xidmətlərimizə
Xoş Gəlmisiniz!

ELEKTRON SIĞORTA MÜQAVİLƏSİ

(hüquqi şəxslər VÖEN, digərləri FİN kodu daxil edin)
MEQA Həyat Sığorta mobil tətbiqi
Daha asan, daha çevik
QR kod

Mobil tətbiqimizlə əməliyyatlarınızı rahat həyata keçirin!

Tətbiqi yüklə