Vakansiyalar
Karyera
İşə qəbul
Meqa Həyat Sığorta Şirkətində mövcud vakant vəzifələrə işçilərin qəbulu müsabiqə yolu ilə aparılır. Şirkətdə vakant vəzifə yarandıqda ona dair elan şirkətin rəsmi internet səhifəsinin Vakansiyalar bölüməsində, həmçinin digər online resurslarda dərc olunur. Elanda müsabiqənin şərtləri, namizədlərə olan tələblər, vəzifə öhdəlikləri və digər məlumatlar açıqlanır. Şirkətə daxil olan hər bir CV vakant vəzifəyə dair tələb olunan meyarlar əsasında ətraflı təhlil edilir və yalnız müvafiq meyarlara uyğun sayılan namizədlər müsahibəyə dəvət olunur.