AZ EN RU

Bloq

Təlim və inkişaf

Təlim və inkişaf

Hər bir şirkətin əsas kapitalı onun əməkdaşlarıdır. Şirkət daima savadlı və güclü peşakarların yetişdirilməsində maraqlı olmalıdır. Əməkdaşlarımızın təlimi, onların peşəkar kadr kimi inkişaf etməsi şirkətimizin daxili inkişaf strategiyasının vacib bir hissəsidir.

Qeyd olunanları nəzərə alaraq “Meqa Həyat Sığorta” dünyanın 70-dən çox ölkəsində həyat sığortası üzrə təlim və inkişaf proqramları təklif edən Amerikanın Life Office Management Association (LOMA) təşkilatı ilə əməkdaşlığa başlamışdır.

LOMA ilə partnyorluq nəticəsində əməkdaşların həyat sığortası, təkrarsığorta, risklərin qiymətləndirilməsi, müştəri xidmətləri və idarəetmə sahəsində bilik və bacarıqlarının daha da artırılması, “Certificate in Underwriting”, “Associate Reinsurance Administration”, “Fellow Life Management Institute”, “Associate Customer Service” və digər təlim və sertifikasiya proqramlarına cəlb olunması planlaşdırılır.