AZ EN RU

Bloq

Caspian Energy Cluba üzvlük

Caspian Energy Cluba üzvlük

“Meqa Həyat Sığorta” ASC dünyanın 50 ölkəsindən 5 mindən artıq şirkət və təşkilatı özündə birləşdirən, Xəzər, Qara dəniz və Baltik region dövlətləri ərazisində fəaliyyət göstərən Caspian Energy Cluba üzv olmuşdur.

Caspian Energy Club-un əsas məqsədi biznes-hökumət dialoqunda (B2G) fəal iştirak, xarici və yerli biznes nümayəndələrinin problem və təkliflərinin sistemli şəkildə tədqiqi, bu məlumatın ölkənin yuxarı rəhbərliyinə, o cümlədən Prezident Administrasiyası, hökumət, parlament və iqtisadi bloka nəzarət edən dövlət qurumlarının nümayəndələrinə çatdırılması, kiçik və orta biznesin dəstəklənməsinə və inkişafına kömək edən müxtəlif informasiya layihələrinin həyata keçirilməsi, həmçinin kiçik və orta bizneslə iri biznes nümayəndələri arasında dialoqun yaradılması və bu kimi digər layihələrin həyata keçirilməsindən ibarətdir.