AZ EN RU

Bloq

UNEC-lə əməkdaşlıq

UNEC-lə əməkdaşlıq

“Meqa Həyat Sığorta” ASC və ölkənin aparıcı ali təhsil müəssisələrindən olan Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) arasında əməkdaşlıq barədə memorandum imzalanıb.

Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru professor Ədalət Muradov və Meqa Həyat Sığortanın İdarə Heyətinin sədri Uğur İbrahimli arasında imzalanan memorandum universitet və sığorta şirkəti arasında müxtəlif sahələrdə əməkdaşlığı nəzərdə tutur.

Memorandum UNEC və Meqa Həyat Sığorta arasında əməkdaşlıq və tərəfdaşlıq münasibətlərini təmin etməklə risklərin idarə edilməsi və sığorta işi sahəsində birgə tədbirlərin təşkil edilməsinə, UNEC tələbələrinin bilik və bacarıqlarının davamlı inkişafının təmin edilməsi ilə bağlı layihələrin icrasına, təlim və seminarların təşkil edilməsinə yönəlmişdir.

Əməkdaşlıq Memorandumuna əsasən, UNEC tələbələrinin “Meqa Həyat Sığorta” ASC-də təcrübə keçməsi, yay təcrübə proqramlarına cəlb edilməsi, eləcə də, UNEC məzunlarının və xüsusi istedadlı tələbələrin “Meqa Həyat Sığorta” ASC-də işlə təmin edilməsi nəzərdə tutulmuşdur.