AZ EN RU

Bloq

SİMA ilə əməkdaşlıq

SİMA ilə əməkdaşlıq

“Meqa Həyat Sığorta” ASC Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC tərəfindən yaradılan SİMA yeni nəsil rəqəmsal imza ilə inteqrasiya prosesini yekunlaşdırıb.

İndi vətəndaşlar sığorta şirkətinin https://my.megalife.az/ portalında qeydiyyatdan keçdikdən sonra şəxsi kabinet vasitəsi ilə Həyatın Yaşam Sığortası məhsulu üzrə müraciət edərkən “Fiziki şəxslərin vergi rezidentliyinin müəyyən edilməsi üçün özünüqiymətləndirmə anketini” (FATCA/CRS) SİMA vasitəsilə rahat və çevik şəkildə imzalaya biləcəklər.

SİMA ilə inteqrasiyadan öncə vətəndaşlar anketi kağız daşıyıcıda əllə doldururdular. İndi “Meqa Həyat” sığorta şirkəti vətəndaşlara təqdim etdiyi bu xidməti SİMA yeni nəsil rəqəmsal imza ilə tam elektronlaşdırıb. Sənədin SİMA vasitəsilə imzalanması həm sığorta şirkətinin, həm də vətəndaşların vaxtına və xərclərinə qənaət etməsinə xidmət edəcək.

Təqdim etdiyi xidmətlərin əlaçatanlığını daha da artırmaq məqsədi ilə “Meqa Həyat Sığorta” ASC SİMA ilə digər sığorta məhsulları üzrə inteqrasiya prosesini də davam etdirir. Növbəti mərhələdə “Kredit həyat sığortası” məhsulu üzrə müraciətlərin SİMA ilə həyata keçirilməsi nəzərdə tutulur.