*8778

SİZİN ÜÇÜN FAYDALI

/ Meqa Sığorta Qrupunun cəsur əməkdaşları Heydər zirvəsinə yürüş həyata keçiriblər.
12 May 2026

Meqa Sığorta Qrupunun cəsur əməkdaşları Heydər zirvəsinə yürüş həyata keçiriblər.

10 may tarixində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə "Meqa Sığorta" ASC və "Meqa Həyat Sığorta" ASC-nın cəsur əməkdaşları Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivində yerləşən Heydər zirvəsinə yürüş həyata keçiriblər.

 

Yürüşün məqsədi Ulu Öndərin Azərbaycan dövlətçiliyinə misilsiz xidmətlərini yad etmək, onun ideyalarına sadiqliyi nümayiş etdirmək və gənc nəslə vətənpərvərlik ruhunun aşılanması olub. Çətin relyef və yüksək dağ şəraitinə baxmayaraq, yürüş iştirakçıları zirvəyə təhlükəsiz şəkildə qalxaraq, Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad edərək, zirvədə Azərbaycan bayrağını qaldırıblar.

Bu yürüş həm fiziki dözümlülük, həm də milli dəyərlərə bağlılıq göstərən layihə kimi yadda qalıb. Yürüşdə iştirak edən əməkdaşların iradə və peşəkarlığını yüksək qiymətləndirərək, bu kimi təşəbbüslərin gələcəkdə də davam etdirilməsi planlaşdırılır.

Online Xidmətlərimizə
Xoş Gəlmisiniz!

ELEKTRON SIĞORTA MÜQAVİLƏSİ

(hüquqi şəxslər VÖEN, digərləri FİN kodu daxil edin)
MEQA Həyat Sığorta mobil tətbiqi
Daha asan, daha çevik
QR kod

Mobil tətbiqimizlə əməliyyatlarınızı rahat həyata keçirin!

Tətbiqi yüklə